Cəbrayılda hərbçilər qəzaya düşüblər, ölən və xəsarət alanlar var

HADİSƏ 21.11.2022 1378

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbçiləri qəzaya düşüblər.

Saat24.Az-ın sorğusuna cavab olaraq, DSX-nin Mətbuat Xidmətindən bildirilib ki, hadisə bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində baş verib. 

Şükürbəyli kəndində xidmətə məxsus UAZ markalı avtomobil hərəkətdə olarkən “Shacman” markalı yük avtomobili onun hərəkət zolağına çıxıb və qəza baş verib. Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.

DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top