Cəlilabad sakini həmkəndlisini bıçaqladı

HADİSƏ 21.11.2022 1137

Cəlilabad rayon sakini həmkəndlisini bıçaqlayıb.

Saat24.Az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Cəlayir kəndində baş verib.

Belə ki, kənd sakini 1981-ci il təvəllüdlü Rahib Aslanlı qarın boşluğuna nüfuz edən bıçaq xəsarəti ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top