Lənkəranda motosiklet sürücüsü kəndin axundunu vurdu

Sadə xəbər
HADİSƏ 19.11.2022 1338

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Saat24.Az-ın məlumatına görə, hadisə Mamusta kəndi ərazisində baş verib.

Üç təkərli “Murovey” motosikleti kənd ərazisində hərəkətdə olarkən piyada- 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.

Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb.

Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

XƏBƏR LENTİ
17.05.2025 2359
17.05.2025 3217

DİGƏR XƏBƏRLƏR

Loading
Top