Paytaxtın Nəsimi rayonunda iki avtomobil toqquşdu: Xəsarət alan var - FOTO

HADİSƏ 19.11.2022 1275

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Saat24.Az  xəbər verir ki, hadisə Şəmsi Bədəlbəyli küçəsində, Qış Parkının yaxınlığında qeydə alınıb.

Belə ki, “Honda” markalı nəqliyyat vasitəsi, “Toyota” markalı avtomobillə toqquşub.

İdarəetməni itirən “Honda”nın sürücüsü avtomobili dəmir arakəsməyə vuraraq dayanıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Qəza nəticəsində “Honda”nın sürücüsü başından və qolundan xəsarət alıb. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top