Tərtərdə sərxoş vəziyyətdə qəza törədən sürücü 10 gün sonra öldü

HADİSƏ 16.11.2022 1124

Tərtərdə 10 gün qabaq qəzaya düşən sürücü xəstəxanada ölüb.

Saat24.Az xəbər verir ki, noyabrın 5-də rayonun Zolgörən kəndi ərazisində Məhəmməd Nəbiyev sərxoş vəziyyətdə idarə etdiyi “Azsamand” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə özü və avtomobildə sərnişin qismində olan Ruslan Nəsirov xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, Məhəmməd Nəbiyev noyabrın 15-də xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top