Bakıda sükan arxasına keçən uşaq təhlükə saçdı - VİDEO

Sadə xəbər
HADİSƏ 14.11.2022 1145

Bakıda azyaşlı uşağın sükan arxasına keçməsi müzakirələrə səbəb olub. 



Saat24.Az xəbər verir ki, görüntülər “Instagram” sosial şəbəkəsində yayılıb. Belə ki, yan oturacaqda valideyninin nəzarəti altında təxminən 6-7 yaşlı uşaq Zığ şosesi boyunca sükan arxasına keçərək avtomobili idarə edib. Çəkiliş boyunca uşağa “bir az yavaş sür” deyildiyi eşidilir. 

Videogörüntülər sosial şəbəkə istifadəçiləri arasında fikir ayrılığına səbəb olub. Bir qrup insan buna müsbət reaksiya verərək, əhsən deyib. Digər bir qrup isə bunun həm uşaq, həm də digər hərəkət iştirakçıları üçün təhlükəli olduğunu yazaraq irad bildirib. 

XƏBƏR LENTİ
12.05.2025 2228

DİGƏR XƏBƏRLƏR

Loading
Top