Zaqatalada ana və azyaşlı övladı dəm qazından zəhərləniblər

HADİSƏ 12.11.2022 1570

Zaqatalada ana və qızı dəm qazından zəhərləniblər.

APA-nın məlumatına görə, hadisə noyabrın 11-dən 12-nə keçən gecə Zaqatala şəhər ərazisində baş verib.

Zaqatala rayon sakinləri olan 1996-cı il təvəllüdlü Nuranə Nemət qızı Əhmədli və onun azyaşlı övladı - 2015-ci il təvəllüdlü Damla Həmidova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Müayinə zamanı ana və azyaşlı övladının yaşadığı ünvanda qaz sobasından çıxan dəm qazından zəhərləndikləri məlum olub. Həkim müdaxiləsindən sonra onların vəziyyəti stabilləşib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top