Göyçayda narkotiki qaldıqları hoteldə gizlədən şəxslər tutuldular - FOTO/VİDEO

HADİSƏ 11.11.2022 1270

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilinən şəxslər tutulublar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş rayon sakinləri, əvvəllər də oğurluq, eləcə də narkotik cinayətləri törətdikləri üçün məhkum olunmuşlar - Raqif Yusifov və Ruslan Allahverdiyev saxlanılıblar. Onların Göyçay şəhəri ərazisində yerləşən hotellərin birində müvəqqəti qaldıqları nömrəyə baxış keçirilərkən oradan bükümlərdə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitə və psixotrop maddəni sosial şəbəkələrdə tanış olduqları əcnəbi narkotacirdən satmaq məqsədilə aldıqlarını bildiriblər. İz itirmək məqsədilə Ağdaşdan Göyçaya gələrək hoteldə qalan dostlar həmin əcnəbi narkotacirdən aldıqları narkotik vasitəni burada bölüşdürərək hissə-hissə satmaq niyyətində olublar. 

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

 



XƏBƏR LENTİ
17.04.2024 3205

DİGƏR XƏBƏRLƏR

Loading
Top