Rusiyada yanan klubunun azərbaycanlı sahibi saxlanıldı

HADİSƏ 11.11.2022 1423

Kostromanın yanmış “Polyqon” klubunun sahibi İxtiyar Mirzəyev yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə saxlanılıb.

“Mirzəyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 219-cu maddəsinin 3-cü hissəsi (“Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma”) ilə başlanmış cinayət işi üzrə saxlanılıb. Hazırda istintaq hərəkətləri aparılır” , - deyə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, 2010-cu ildə Mirzəyev Rusiya Fövqəladə Hallar Nazirliyinə “Polyqon” klubunda yanğın təhlükəsizliyi bəyannaməsini təqdim edib.

Xatırladaq ki, Mirzoyev Kostroma Vilayət Dumasının deputatıdır.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top