Azərbaycanda köməksiz qalan təcili yardım briqadasını FHN xilas etdi

HADİSƏ 09.11.2022 1471

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonunun Sabunçu kəndində təcili tibbi yardım avtomobilinin yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, həkim briqadası Cimcimax kəndinə çağırışa gedərkən yolda qalıb. 

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri təcili tibbi yardım avtomobilini yedəyə alaraq təhlükəsiz əraziyə çıxarıblar. 

Həmçinin çağırışa tələsən həkim briqadasının yanğınsöndürmə avtomobili ilə ünvana çatdırılması təmin edilib.

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top