Sabirabadda avtomobil kanala aşıb, 2 nəfər ölüb

HADİSƏ 06.11.2022 1404

Sabirabadda avtomobil kanala aşıb, 2 nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil kanala aşıb. Nəticədə 2 nəfər suda boğulub, 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top