Sabirabadda baş verən qəzada iki nəfər xəsarət alıb

Sadə xəbər
HADİSƏ 05.11.2022 1136

Sabirabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Saat24.Az-ın məlumatına görə, hadisə rayonun Zəngənə-Cavad kəndini birləşdirən yolda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza nəticəsində Sabirabadda yaşayan Kürdəmir rayon sakinləri, 1968-ci il təvəllüdlü Mayılov Vüqar Bəybala oğlu və 1974-cü il təvəllüdlü Əsədov Natiq Məmmədtağı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top