
Ağdam rayonunda 21 yaşlı kişi itkin düşüb.
Saat24.Az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 8-də rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 2001-ci il təvəllüdlü Rüstəmov Nurlan Vidadi oğlu yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.