
Yevlaxın Yuxarı Qarxun kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Saat24.Az xəbər verir ki, rayon sakini, 50-55 yaşlarında İsrafil Güləliyevi “VAZ-2107” markalı avtomobil vurub.
Nəticədə piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.