Qazı yandıran zaman xəsarət alan qadın öldü

HADİSƏ 01.10.2022 1437

Yanıq xəsarətləri alan qadın xəstəxanada vəfat edib.

Oxu.Az xəbər verir ki, hadisə sentyabrın 29-da Gəncə şəhərində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Nadya Qayalova yaşadığı evdə qazla işləyən hamam isidicisini yandıran zaman qaz partlayışı olub.

Nəticədə N.Qalayova 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Görülən bütün tədbirlərə baxmayaraq, zərərçəkən sentyabrın 30-da Bakıda yerləşən Respublika Yanıq Mərkəzində vəfat edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top