Bakıda kişi faciəli şəkildə öldü

HADİSƏ 30.09.2022 881

Sentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində 1984-cü il təvəllüdlü Xəqani Əzizovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi Rayon Prokurorluğundan verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, Xəqani Əzizov usta kimi işlədiyi “Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərkən elektrik xəttinə toxunub və elektrik cərəyanının onu vurması nəticəsində ölüb. 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top