Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alan yeniyetmələrin adları məlum oldu - YENİLƏNİB + FOTO

HADİSƏ 23.09.2022 1545

Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alan məktəblilərin adları məlum olub.

APA-nın məlumatına görə, rayonunun Birinci Şıxlı kənd tam orta məktəbinin altıncı sinif şagirdi Nuray Osmanova və onun bacısı - dördüncü sinif şagirdi Ayan Osmanova ilə qohumları - beşinci sinif şagirdi Əfsanə Məmmədzadəni ildırım vurub.

Nəticədə Nuray Osmanova aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Onun bacısı və qohumu isə Qazax Müalicə və Diaqnostika mərkəzinə yerləşdiriliblər.

Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb.

Ayan Osmanovanın isə reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

 

16:09

Azərbaycanda iki nəfəri ildırım vurub. 

Oxu.Az-ın məlumatına görə, hadisə Qazax rayonunda qeydə alınıb. 

Onların təcili olaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirildiyi bildirilir.

Qazax Müalicə Diaqnostika Mərkəzindən faktı Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, 22.09.2022-ci il tarixində ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib:

“Onlardan biri 2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölüb. Digər zərərçəkən - 2012-ci il təvəllüdlü pasiyentin reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top