İstanbulda metrobuslar toqquşdu: Çox sayda yaralı var - VİDEO

HADİSƏ 10.09.2022 1397

Türkiyənin İstanbul şəhərinin Avcılar səmtində metrobus qəzası baş verib.

Məlumata görə əvvəlcə metrobus toqquşub. Ardınca isə daha iki metrobus qəza edən nəqliyyat vasitələrinə çırpılıb. 

Qəza səbəbilə hadisə yerinə çoxlu sayda qruplar sövq edilib. Qəza yerində xilasetmə işləri davam edir. İlkin məlumatlara görə, 85 yaralının olduğu qəzada təxliyyə əməliyyatları aparılır.

Sağ qalanlar arasında şüşələri sındırmağa cəhd edənlər və sınmış pəncərələrdən tullananlar da olub.

Qapalı vəziyyətdə qalan iki vətəndaş xəstəxanaya çatdırılıb. Bəzi vətəndaşların ağır yaralandığı qeyd edilir.

Mənbə: CNNTürk 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top