Lənkəran-Lerik yolunda DƏHŞƏTLİ QƏZA: 8 nəfər öldü -FOTO -VİDEO -YENİLƏNİB

HADİSƏ 05.09.2022 1555

Lerikdə qəzada ölənlərin tam siyahısı məlum olub.

Saat24.Az. APA-nın Cənub bürosuna istinadən xəbər verir ki, ölənlərdən biri Göyşaban kənd sakini Xəlilova Dilarə İslam qızıdır.

Digər 7 nəfər isə Boladi kəndinin sakinləridir. Həmin şəxslərin adı aşağıdakılardır:

 

Həşimova Sərvər Əhməd qızı;

Axundova Saray İslam qızı;

Ağayeva Təcrübə Ağababa qızı;

Cəfərova Güldəstə Məmmədağa qızı;

Rzayeva Səmayə Ağababa qızı;

Rəhimova Nazxanım İsabala qızı;

Tahirova Zərnitac İslam qızı.

Xəstəxanadan aldığımız məlumata görə, hazırda 8 yaralıdan sürücü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb.

Reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da stabilləşməyə doğru gedir.

***

Saat 20:00

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

TƏBİB-dən Saat24.Az-a bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb.

Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.

 

***

18:31

Saat24.Az-ın cənub bürosu xəbər verir ki, Lerikdəki qəza zaman ölənlərin 7-sinin adı məlum olub:

Xəlilova Dilarə Rəhim qızı

Həşimova Sərvər Əhməd qızı

Axundova Saray

Ağayeva Təcrübə

Cəfərova Güldəstə

Rzayeva Səmayə Ağababa qızı

Tahirova Zərnitac islam qızı

 

***

 

18:04

Qəzada yaralanan daha iki nəfərin adı bəlli olub:

Səyyadova Zəhra Rəhim qızı

Axundova Lətifə Zaman qızı

 

***

17:58

Xəbərə yeni fotolar və video əlavə edilb.

***

17:32

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.

Saat24.Az-a TƏBİB-dən verilən məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Hazırda onlara tibbi yardım göstərilir.

 

***

17:13

Ağır qəza baş verən hadisə yerinə FHN əməkdaşları da gəlib.

Saat24.Az-ın cənub bürosu xəbər verir ki, xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Bu barədə Saat24.Az-a Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyev məlumat verib. Məlumata görə, ölənlərin sayı 8-ə çatıb.

Yaralıların bəzilərinin adı açıqlanıb:

Seyyadova Səyyad Hacıbala oğlu - sürücü

Nərimova Nazilə Ağaəli qızı

Fərəcovaa şərafət Ənvər

İbrahimova Əsmət Ağababa qızı

Qurbanova Güllər Məmmədağa

 

***

 

***

16:58

 

Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər, qayıdarkən Lerik rayonunun Günəşli kəndində qəzaya düşüblər.

Saat24.Az-a  istinadən xəbər verir ki,  təqribən 18 - 20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.

Lerik rayon icra hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov APA –ya  xəbəri təsdiqləyib. Hazırda faktla bağlı araşdırma aparılır.

***

16:43

Lənkəran- Lerik yolunda Günəşli kəndi ərazisində ağır qəza olub.

Saat24.Az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, qəzaya uğrayan 50 nəfərlik turist avtobusudur. 5 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilir.

Hazırda bütün yaralı və ölənlər Lənkəran rayon mərkəzi xəstəxanasına aparılır.

Əlavə məlumat veriləcək.



 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top