Zaqatalada avtomobil qəzasında 2 nəfər xəsarət alıb

HADİSƏ 04.09.2022 1398

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

Saat24.Az-ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə sentyabrın 3-ü saat 23 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Qəza zamanı xəsarət alanlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda yaralıların müayinə və müalicəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top