Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alanlar var

HADİSƏ 23.08.2022 1180

Hacıqabul rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistralının şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mersedes” markalı avtomobil qarşıda gedən eyni markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Onlardan biri, Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Həsənov Eyyub Teyyub oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər şəxs isə xəsarəti yüngül olduğu üçün tibbi yardımdan imtina edib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top