Şabranda baş verən yanğın Siyəzənə keçib

HADİSƏ 19.08.2022 1128

Siyəzən rayonunda meşə ərazilərində yanğın başlayıb.

Şabran rayonunda dörd gündür davam edən yanğın Siyəzənə keçib.

Belə ki, rayonun dağlıq Yuxarı Ələz, Yanıq Ələz, Künövşə və Ərməkolu kəndlərində yanğın davam edir. Yanğın nəticəsində kəndlərin örüş torpaqları və meşə fonduna ciddi zərər dəyib.

Hadisə yerinə FHN-in Xızı, Siyəzən və Yasamal Rayon Dövlət Yanğından Mühafizə hissələrindən üç avtomobil və canlı qüvvə cəlb edilib.

Alovun söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top