
"Azərişıq" əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Abşeron rayon Xırdalan şəhəri ərazisində qırılıb yerə düşmüş 0,4 KV-luq ÖİN xətt qısa zamanda bərpa edilib.
Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda ölkənin digər regionlarında olduğu kimi Abşeronda da elektrik enerjisi verilişi tam təmin edilib.
21:41
Abşeron rayonu Xırdalan şəhərində yüksək gərginlikli elektrik xətti qırılaraq yola düşüb.
Oxu.Az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Həmin görüntüləri təqdim edirik: