Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib

HADİSƏ 17.08.2022 1192

Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat yayıb.

Qeyd olunub ki, avqustun 15-də paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində Niyaməddin Muradovun qəsdən öldürülməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif olunmuş, cinayəti törətməkdə şübhəli bilinən Bəxtiyar Qarayev qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətlə yetirilən Niyaməddin Muradov Vətən müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Mövzu ilə əlaqədar

Bakıda dəhşətli hadisə: Qadını müdafiə edən Vətən müharibəsi iştirakçısı qətlə yetirildi - YENİLƏNİB
XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top