Yatağında siqaret çəkən 61 yaşlı kişi yandı

HADİSƏ 17.08.2022 1234

61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarəti alıb.

“Qafqazinfo”nun məlumatına görə , Qax şəhər, Rəşid Behbudov 40 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Saatov Elsevər Saat oğlu yuxarı ətrafın yanıq xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı onun yaşadığı ünvanda yanıq xəsarəti aldığı məlum olub.
Belə ki, yataq xəstəsi olan Elsevər Saatov siqaret çəkən zaman ehtiyatsızlıqdan yatağa od düşüb, yataq alışıb və o, yanıq xəsarətləri alıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top