Bakıda dəhşətli hadisə: Tanımadığı qadını müdafiə edən Vətən müharibəsi iştirakçısı qətlə yetirildi

HADİSƏ 15.08.2022 1197

Bakının Nəsimi rayonunda ölümlə nəticələnən hadisə baş verib.

APA xəbər verir ki, hadisə “Kubinka” ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Niyaməddin Muradov naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

O, elə hadisə yerində dünyasını dəyişib.

Onun ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. Muradov Niyaməddin Dərşad oğlu parkda qətlə yetirilib.

O, naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub.

N.Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb.

Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib.

Xatırladaq ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top