Rusiyada hokkey oyununda faciə: Ürəyinə şayba dəyən yeniyetmə öldü - VİDEO

HADİSƏ 13.08.2022 939

Rusiyanın Sankt-Peterburq şəhərində hokkey məktəbinin 14 yaşlı şagirdi məşq zamanı aldığı xəsarət nəticəsində dünyasını dəyişib. Belə ki, şayba yeniyetmənin sinəsinə dəyib, bundan sonra onun nəfəsi dayanıb.

Bu barədə məktəbin mətbuat xidmətindən məlumat  verilib.

“Komanda həkimi dərhal hokkeyçiyə kömək edib və təcili yardım çağırıb. Bütün reanimasiya tədbirlərini həyata keçirəndən sonra ürəyi işə salmaq mümkün olub. Uşaq xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas edə bilməyiblər”, - deyə məktəbin saytında bildirilir.

Mənbə: Novıye İzvestiya

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top