Ağstafada avtomobil qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Sadə xəbər
HADİSƏ 08.08.2022 1361

Ağstafada iribuynuzlu heyvanın magistral yola çıxması yol-nəqliyyat hadisəsi ilə nəticələnib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Saloğlu qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili qarşısına çıxan iribuynuzlu heyvanı vurub.

Hadisə nəticəsində avtomobildə olan bir ailənin üç üzvü - 1984-cü il təvəllüdlü Ş.Şuşanidze, 1963-cü il təvəllüdlü M.Ukavadze və 1967-ci il təvəllüdlü F.Ələsgərova xəsarət alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Avtomobilin sürücüsü və daha bir sərnişin isə xəstəxanaya getməkdən imtina ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ
05.05.2025 2965

DİGƏR XƏBƏRLƏR

Loading
Top