Çində 900 illik ən uzun taxta körpü yanıb - VİDEO

HADİSƏ 08.08.2022 1332

Çinin 900 ildən çox yaşı olan ən uzun taxta körpüsü Vanyan yanğın nəticəsində tamamilə dağılıb.

Obyekt Fujian əyalətinin şərqindəki Pinqnan bölgəsində yerləşir.

Yanğın ötən gecə başlayıb.

Hazırda, yanğın tam söndürülüb. Hadisə nəticəsində tələfat olmayıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, ümumi uzunluğu 98,2 m, eni 4,7 m olan körpü 917 il əvvəl Sonq sülaləsi dövründə (960-1279) tikilib. Körpü 1742-ci ildə yanğından zədələnib və təmir olunub. Çinin ən uzun taxta tağlı körpüsü 2006-cı ildə ölkə səviyyəsində qorunan ərazilər siyahısına daxil edilib.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top