Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Sadə xəbər
HADİSƏ 07.08.2022 1215

Cəlilabad rayonunda yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, "Qazel” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində rayon sakini, 1986-cı il təvəllüdlü Rəşad Quliyev və daha bir nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top