Sumqayıtda avtomobil qəzasında piyada ölüb

Sadə xəbər
HADİSƏ 07.08.2022 1230

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Yolu keçmək istəyən 1970-cı il təvəllüdlü Rövşən Allahverdiyevi "Mercedes" markalı avtomobil vurub. 52 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top