Goranboyda ağır avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Sadə xəbər
HADİSƏ 04.08.2022 1246

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Xan Qərvənd yolunda qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Əli Babayev dünyasını dəyişib.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top