Ölən filial müdiri ilə bağlı məşhur mağaza şəbəkəsindən AÇIQLAMA - YENİLƏNİB

Sadə xəbər
HADİSƏ 03.08.2022 1206

“Ölən şəxs bizim filial müdiri deyil, yalan məlumatdır”. 

Bunu Oxu.Az-a “Kiğılı” geyim mağazasından bildiriblər. 

“Binada belə hadisə baş verib və burada bir neçə mağaza var. Yəni hadisənin “Kiğılı” ilə əlaqəsi yoxdur. Şəxsin isə hansı müəssisədə işlədiyini bilmirik”, - deyə məlumatda qeyd olunub.

09:08

Bakıda məşhur mağaza şəbəkəsinin filial müdiri anbarda ölü tapılıb.

APA xəbər verir ki, hadisə Yasamal rayon ərazisində yerləşən “Kiğılı” geyim mağazasında qeydə alınıb.

Mağazalar şəbəkəsinin “Elmlər” filialının mağaza müdiri olan 1991-ci il təvəllüdlü Rəşid Əliyev anbarda ölü tapılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top