FHN Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb – YENİLƏNİB

HADİSƏ 03.08.2022 1039

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında qoşqu gəmisinin mühərrik zalının yanar hissələri və içərisindəki avadanlıqlar 110 m² sahədə yanıb.

Bu barəd Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Gəminin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

03.08 (22:14)

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəlaə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əlavə məlumat veriləcək.

22:03

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top