YAP-ın Salyan təşkilatının sədr müavini yol qəzasında ölüb

Sadə xəbər
HADİSƏ 02.08.2022 971

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

“Mercedes” markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində Fazil Sabir oğlu Məhərrəmov hadisə yerində ölüb, 6 nəfərin xəsarət alıb.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edə ki, Fazil Sabir oğlu Məhərrəmov YAP Salyan rayon təşkilatının sədr müavini vəzifəsində işləyib.

XƏBƏR LENTİ
05.05.2025 2965

DİGƏR XƏBƏRLƏR

Loading
Top