Gürcüstanda matəm elan olundu - YENİLƏNİB + VİDEO

HADİSƏ 29.07.2022 1513

Gürcüstanda iyulun 30-u matəm günü elan olunub.

Bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

Qərara əsasən, sabah Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olan 8 nəfərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində dövlət bayraqları endiriləcək.

Hökumət başçısı həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

21:12

Gürcüstanın Tetri Araqvi vadisində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

Bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

Həlak olanların 4-nün ekipaj üzvü, digər 4-nün isə xilasedici və tibb işçiləri olduğu qeyd edilir.

18:04

Gürcüstanın Qudauri dağ kurortunda Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinə məxsus helikopter qəzaya uğrayıb.

Məlumata görə, xilasetmə xidmətinin helikopteri paraplanı qayaya çırpılmış iki nəfəri dərədən çıxarmağa yollanırmış.

Hadisə yerindən olan görüntülərdən aydın olur ki, pilot idarəetməni itirib.

İlkin məlumatlara görə, helikopterdə beş nəfər - iki pilot və üç xilasedici olub.

Daxili İşlər Nazirliyi hələlik baş verənlərlə bağlı təfərrüatı açıqlamayıb.

Mənbə: Novosti Qruziya

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top