29 il sonra Ağalıya qayıdan 57 yaşlı qadının sevincdən ürəyi partlayıb öldü

Sadə xəbər
HADİSƏ 24.07.2022 1330

Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndində əhalinin məskunlaşdırılması davam edir. Son üç gündə kəndə 20 ailə köçürülüb.

Yenisabah.az xəbər verir ki, köç prosesi bədbəxt hadisə ilə müşahidə olunub. Belə ki, Kübarə Sultanova adlı qadın 29 il sonra doğma yurda dönməyin həyəcanına tab gətirməyərək, ürək tutmasından vəfat edib. K.Sultanovanın 57 yaşı olub.

O, doğma kənddə torpağa tapşırılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top