Bakıda yanğınla nəticələnən partlayış: Xəsarət alan var – VİDEO

HADİSƏ 23.07.2022 1347

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış dalğasının təsirindən evin ön divarı uçub. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Bitişik ikimərtəbəli bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top