Sumqayıtda məktəbdə pul yığan müəllim işdən çıxarıldı - YENİLƏNİB + VİDEO

HADİSƏ 22.07.2022 1507

Bu gün Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin valideynlərdən attestat və digər işlərlə bağlı pul istəməsi faktı aşkarlanıb. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəllim dərhal işindən azad edilib:

“Müəllimin adını deməyi düzgün hesab etmirik. Məktəb rəhbərliyi ilə bağlı isə məzuniyyətdən qayıtdıqdan sonra qanunvericiliyə uyğun tədbir görüləcək”.

11:50

Abşeron-Xızı Regional Təhsil İdarəsinə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı məlumat daxil olub.

İdarədən APA-ya verilən xəbərə görə, səs yazısındakı iddialarla bağlı dərhal Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb.

Araşdırma nəticəsində fakt öz təsdiqini tapıb. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən müvafiq şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Qeyd edək ki, səs yazısında attestat və digər işlərlə bağlı valideyndən pul tələb olunurdu.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top