Oğurladığı oyuncaq maşını əldə daşıya bilməyən oğru minib sürərək apardı - VİDEO

Sadə xəbər
HADİSƏ 25.06.2022 1408

Sivasda həm gülməli, həm də təəccüblü hadisə yaşanıb.

Belə ki, oğurladığı akkumulyatorlu oyuncaq maşını daşıya bilməyən oğru maşına minib və sürərək ərazidən uzaqlaşıb. Oğru təhlükəsizlik kameralarından əldə edilən görüntülər nəticəsində ələ keçirilib.

Təhlükəsizlik kameralarında oğrunun akkumulyatorlu maşını binadan qucağında çıxardıqdan sonra daşımaqda çətinlik çəkdiyi və sonra maşına minərək uzaqlaşdığı görünür.

Keçirilən əməliyyat nəticəsində o saxlanılıb və oğurladığı maşın da sahiblərinə qaytarılıb.

 

Mənbə: Haber Global

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top