Bakıda ağır qəza: Xəsarət alanlardan biri hamilədir

HADİSƏ 14.06.2022 1231

Ötən gecə Binəqədi rayonu, Görədil-Novxanı yolunda baş vermiş avtoqəza nəticəsində xəsarət alan beş nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu açıqlamasında bildirib ki, hadisə nəticəsində ağır yaralanmış iki nəfər Mərkəzin Reanimasiya şöbəsinə, bir nəfər Travmatologiya şöbəsinə yerləşdirilib, digər iki nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Reanimasiya şöbəsinə yerləşdirilmiş 1980-ci il təvəllüdlü şəxsdə qabırğaların sınığı, burun sümüyünün sınığı, bud-çanaq oynağının çıxığı, 1986-cı il təvəllüdlü şəxsdə isə çanaq sümüklərində çoxsaylı sınıqlar diaqnozu qoyulub. Hər iki yaralının vəziyyəti ağır stabil qiymətləndirilir.

Travmatologiya şöbəsinə yerləşdirilən üçüncü, 1999-cu il təvəllüdlü şəxsdə isə sol bud sümüyünün çıxığı diaqnozu qoyulub və hamilə olması nəzərə alınaraq, xüsusi müayinələrdən keçirilib. Hazırda yaralının vəziyyəti normal qiymətləndirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top