BDU-nun tələbəsi bədbəxt hadisə nəticəsində öldü

HADİSƏ 06.06.2022 1432

İsmayıllıda traktorun aşması nəticəsində sürücü ölüb, sərnişin xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, iyunun 5-i günorta saatlarında İsmayıllı rayonu Hacıhətəmli kəndi ərazisində 2000-ci il təvəllüdlü Ata Əliyevin idarə etdiyi traktor yoldan çıxaraq dərəyə aşıb. 

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, traktorda olan sərnişin, Hacıhətəmli kənd sakini Əfqan Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, A.Əliyev Bakı Dövlət Universitetinin SABAH qruplarının IV kurs tələbəsi olub. O, coğrafiya müəllimliyi ixtisasında təhsil alırmış.

İlhamə Əbülfət

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top