Kuryer bir sifarişi təslim etdiyi zaman motosikletindən ikinci sifarişini oğurladılar - VİDEO

HADİSƏ 03.06.2022 90

İstanbul Sultangazidə kuryer bir binaya sifariş çatdırdığı zaman motosikletində olan ikinci sifariş oğrular tərəfindən oğurlanıb. Bu hadisə təhlükəsizlik kameralarına əks olunub.

Məhəllədə olan iki fərqli ünvana sifarişləri gətirən kuryer ilk sifarişi vermək üçün binaya girdiyi zaman küçədə olan iki şəxs motosikletdən digər sifarişi oğurlayaraq qaçıb.

Binadan çıxan kuryer səbətdəki sifarişi yoxlayarkən yerində olmadığını görüb. Daha sonra təhlükəsizlik kameralarından hadisənin necə baş verdiyi üzə çıxıb.

Təxminən 10 ildir kuryerlik edən Rəsul Yıkıcı belə hallarla tez-tez üzləşdiklərini və oğurlanan sifarişlərin ödənişini çalışdıqları firmaların qarşıladığını bildirib.

Mənbə: CNN Türk

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top