Narkotik vasitənin təsiri altında avtobus idarə edən şəxs HƏBS OLUNDU

HADİSƏ 24.05.2022 1254

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtobus idarə edən şəxs saxlanılıb.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan “Mercedes-Benz” markalı, 99-OK-279 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Əfqan Ələsgərov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Ə.Ələsgərovun narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Ə.Ələsgərov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Əfqan Ələsgərov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top