İdman zalında qorxunc hadisə: Ştanq qaldıran kişinin başından qantellə vurdu - VİDEO

HADİSƏ 19.05.2022 1388

Sosial şəbəkələrdə idman zalında baş verən qorxunc olayın görüntüləri yayılıb. Belə ki, müştərilərdən biri ştanq qaldıran 46 yaşlı Qari Ridin başına qantellə vurur.

Kadrlar Taylandda idman zalında qeydə alınıb. Maraqlıdır ki, vuran da, vurulan da britaniyalı olub.

Məlumata görə, hücum edən şəxs ştanqla məşğul olmaq istəyib, Rid isə kompleksi başa çatdırmaq istədiyini deyib. Bundan qəzəblənən kişi qantellə onun başından vurub.

Xəstəxanada Ridin başına 60 tikiş qoyulub. Həkimin sözlərinə görə, onun sağ göz yuvası sınıb və retinal qanaxma olub.

Hücum edən şəxs qaçıb, polis onun axtarışlarına başlayıb.

 


Mənbə: Daily Mail

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top