Bakıda hamilə qadın avtobusda döyülüb

HADİSƏ 17.05.2022 1172

Bakının Suraxanı rayonunda qadın baldızı tərəfindən döyülüb.

APA xəbər verir ki, hadisə Suraxanı qəsəbəsi ərazisində baş verib.

184 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda 1993-cü il təvəllüdlü Məmmədova Həcər Fərrux qızı baldızı ilə mübahisə edib. Mübahisə zamanı baldızı onun hər iki qolunu dişləyib. Daha sonra zərbələr endirib. Yaralı hər iki saidin üzərində dərinin cırılması və döş qəfəsinin küt travması diaqnozu ilə 3 nömrəli Şəhər Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, H.Məmmədova hamilədir.

Faktla bağlı hüquq mühafizə orqanına məlumat verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top