Qəribə oğurluq: Məktub yazdı, yemək bişirib yedi, duş qəbul etdi... - FOTO

HADİSƏ 15.05.2022 1626

Türkiyənin Pamukkale şəhərində qəribə oğurluq hadisəsi baş verib.

Belə ki, ailəsi ilə başqa şəhərə gedən Levent Karademir evinə qayıdanda evinə oğru girdiyinin fərqinə varıb.

Masanın üzərində “Sadəcə ehtiyacım olanları götürdüm. Allah sizə daha yaxşılarını versin” yazılan qeyd olub.

Məlum olub ki, oğru noutbuk və paltarları aparıb. Bundan başqa, o, özünə qiyməli yumurta bişirib və duş qəbul edib.

 




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top