Türkiyə hərbçilərinin günlərlə dənizin ortasında qalan insanları xilasetmə görüntüləri - VİDEO

HADİSƏ 07.05.2022 1532

Liviyanın Misrata şəhəri sahillərində Türkiyə Hərbi Dəniz Qüvvələrində xidmət edən TCG GÖKÇEADA freqatı tərəfindən bir qayıq aşkar edilib. Yarısı huşsuz vəziyyətdə 17 qeyri-qanuni miqrant olduğu müəyyən edilən qayığa müdaxilə olunub və miqrantlar gəmiyə mindiriliblər.

Gəmidə olan həkim həmin şəxsləri müayinə edərək, 12 nəfərin səhhətinin yaxşı, dörd nəfərin isə huşsuz vəziyyətdə olduğunu müəyyənləşdirib.

Bir miqrant isə səhiyyə işçilərinin bütün müdaxilələrinə baxmayaraq xilas ola bilməyib və dünyasını dəyişib.

Məlum olub ki, onlar Banqladeşdəndirlər və 10 gündür dənizdədirlər. Xilas edilən qeyri-qanuni miqrantlar qurulan koordinasiya nəticəsində Homs limanında Liviya səlahiyyətlilərinə təhvil veriliblər.

Mənbə: Haber7

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top