İş yoldaşının bıçaqlayıb, xəstəxanaya gətirdiyi gənci xilas etmək mümkün olmadı

HADİSƏ 07.05.2022 1417

Lənkəranda 27 yaşlı gənc qətlə yetirilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli mübahisə zəminində 1995-ci il təvəllüdlü Zakir İbrahimzadəni ayağından bıçaqlayıb. 22 yaşlı gənc Zakiri bıçaqladıqdan sonra onu özü xəstəxanaya aparıb, daha sonra könüllü olaraq polisə təslim olub.

Xəstəxanaya yerləşdirilən Zakir İbrahimzadənin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Zakirlə Hüseyn avtomobillərin ehtiyat hissələri satışı mağazasında birgə çalışıblar.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top