Zelenski Rusiyaya qarşı tələblərini açıqladı

SİYASƏT 04.05.2022 1725

Ukrayna prezident Vladimir Zelenski ölkənin ərazi bütövlüyünün bərpasını hakimiyyətin əsas vəzifəsi adlandırıb.

O, bunu “The Wall Street Journal”ın təşkil etdiyi icraçı direktorların sammitində deyib.

Zelenski bildirib ki, Rusiya 24 fevrala qədərki sərhədlərə qayıtmalıdır və Krımı qaytarmalıdır.

Dövlət başçısı tərəflər arasındakı danışıqların müsbət nəticə verə biləcəyini şübhə altına alıb.

O, həmçinin, müharibən sonra Ukraynanın bərpası üçün 600 milyard dollar vəsaitin lazım olacağını qeyd edib və Rusiyanın təzminat qismində bərpa prosesində iştiiak etməli olduğunu vurğulayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top